17:48 13 Yanvar 2021 46
Ana səhifə Xəbərlər

Bakıda evlərdən oğurluq edən şəxs tutuldu

Abşeron rayonunun Xırdalan şəhərinin bir neçə sakini polisə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən oğurluqlar edilməsi ilə bağlı məlumat veriblər.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10-dan artıq fərdi yaşayış sahəsindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Səlimov saxlanılıb.

Narkotik istifadəçisi olan Samir istintaqa ifadə verən zaman oğurluqları narkotikə olan tələbatını ödəmək üçün etdiyini bildirib.

Usta olduğunu deyən Samir Səlimov barəsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın