10:28 10 Dekabr 2019 751
Ana səhifə Xəbərlər

Bakıda "EuroHome" ticarət mərkəzi yanır

Bakıda səhər saatlarında ticarət obyektlərindən birində yanğın başlayıb.

Hadisə Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə qeydə alınıb. Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb edilib, "Çağırış 3" elan olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın