06:54 23 Sentyabr 2020 1219
Ana səhifə Xəbərlər

Bakıda 6 avtomobil toqquşdu - ÖLƏN VAR

Bakıda Hava Limanı istiqamətində, Suraxanı rayonunun Bül-Bülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

APA TV verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya səbəb olub. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyoto" və "Mercedes" markalı avtomobillər ard-arda toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın