12:40 12 Dekabr 2019 169
Ana səhifə Xəbərlər

Bakıda 2 avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 7 nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, qəza Yeni Ramana qəsəbəsində baş verib.

Abbasov Cəfər Mobil oğlu idar etdiyi "Saipa" markalı avtomobillə Şuşa şəhərciyi yaşayış massivi istiqamətində hərəkətdə olarkən idaretməni itirib.

Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn və Elçin Vəli oğlu Qurbanovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və avtomobildə olan sərnişinlər, 37 yaşlı Rza Ziyəddin oğlu Mirzəyev, 36 yaşlı Xatirə Tofiq qızı Kazımova, 32 yaşlı Hüseyn Qəhrəman oğlu Əliyev, 32 yaşlı Günel Ələsgər qızı Əliyeva və 26 yaşlı Səddam Sədi oğlu Ələsgərov xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Səddam Ələsgərov və Xatirə Kazımovaya qolun sınığı diaqnozu qoyulub. Digər yaralılara isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın