12:29 26 May 2020 1659
Ana səhifə Xəbərlər

Bakı-Şamaxı yolunda dəhşətli qəza: 5 ölü – DÖRDÜ HƏRBÇİDİR

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

"Saipa" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub. Ölənlərdən biri 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Hadisə nəticəsində dünyasını dəyişənlərin digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev və 1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadədir. Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub. TƏBİB isə qəza zamanı 4 hərbçidən əlavə, 1 mülki şəxsin də həyatını itirdiyini açıqlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın