18:37 10 İyul 2020 560
Ana səhifə Xəbərlər

Azərbaycanın Türkiyədəki keçmiş səfiri həbs edildi

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov həbs edilib.

APA TV-nin məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Faiq Bağırov barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatı təmin olunub.

Faiq Bağırov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu yaxınlarda Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın