22:09 03 May 2021 102
Ana səhifə Xəbərlər

Azərbaycanda son sutkada koronavirus əleyhinə 119 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 119 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 517 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 739 təşkil edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın