17:37 01 İyun 2020 2259
Ana səhifə Xəbərlər

Azərbaycanda Qurban bayramının vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA TV-yə açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u, yəni iyulun 31-i və avqustun 1-i Qurban bayramıdır.

Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir.

Fuad Nurullayev həmçinin bildirib ki, Məhərrəm ayı avqustun 21-də başlayacaq, Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

Fuad Nurullayev eyni zamanda qeyd edib ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın