19:43 03 İyun 2020 227
Ana səhifə Xəbərlər

Azərbaycanda bir gündə 325 nəfər koronavirusa yoluxdu - 5 NƏFƏR ÖLDÜ

Azərbaycanda koronavirus infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın