12:15 06 Mart 2021 59
Ana səhifə Xəbərlər

Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olundu

Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub.

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə (Səltənət) Qocamanlı “Şöhrət” ordeni ilə təltif olunub.

Hüquq müdafiəçiləri Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın