16:37 29 May 2020 2519
Ana səhifə Xəbərlər

Azərbaycana yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldı

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan APA TV-yə verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın