18:40 10 Sentyabr 2019 35
Ana səhifə Xəbərlər

Azərbaycan və Türkiyə şahinləri yenidən səmada - BİRGƏ HƏRBİ TƏLİMLƏR BAŞLADI

“TurAZ Qartalı - 2019” birgə taktiki uçuş planlarına uyğun olaraq bu gün növbəti taktiki tapşırıqlar yerinə yetirilib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə, Quru Qoşunlarına və Hərbi Dəniz Birliklərinə məxsus 30 hərbi texnika və 300-ə qədər hərbiçi iştirak edir. Sentyabr ayının 2-dən başlayan təlimlər bu gün də davam etdirilib.

İlkin hazırlıq sonrası “F-16” təyyarələri Yevlax hava limanından hava məkanına qalxaraq bəlli bir nöqtədə digər hava limanlarından uçuş edən “Miq 29” və “Su 35” təyyarələri ilə görüşərək konkret hərbi taktiki tapşırıqları yerinə yetirib. Təlim günü uğurla yekunlaşıb. Təlim gününə yekun vuran Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin baş şturmanı , polkovnik Faiq Əliyev gözləntilərin özünü doğrultduğunu bildirib.

Qeyd edək ki, “TurAz Qartalı - 2019” taktiki uçuş təlimlərində ilk dəfə olaraq Türkiyənin istehsalı olan Atak helikopterləri iştirak edib. Azərbaycan və Türkiyə hərbiçilərinin iştirakı ilə həyata keçirilən təlimlərə Pakistan Hərbi Qüvvələrinin təmsilçiləri müşahidəçi qismində qatılıb.

“TurAz Qartalı - 2019” birgə hərbi təlimləri növbəti il Türkiyədə keçiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın