21:20 28 Mart 2020 226
Ana səhifə Xəbərlər

Azərbaycan millisinin voleybolçuları karantinə alındı

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar.

APA TV-nin məlumatına görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

Qeyd edək ki, Marqarita Əzizova "Radomka" (Polşa), Yekaterina Jidkova "Sarıyer Bələdiyəsi" (Türkiyə), Yulia Kərimova isə "Makkabi"də (Hayfa, İsrail) çıxış edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın