13:41 02 May 2021 239
Ana səhifə Xəbərlər

Azad Rəhimov II Fəxri Xiyabanda torpağa tapşırılıb

Sabiq gənclər və idman naziri Azad Rəhimov bu gün dəfn olunub.

APA TV-nin məlumata görə, sabiq nazir II Fəxri Xiyabanda torpağa tapşırılıb. Mərasimə, əsasən, mərhumun ailə üzvləri və yaxınları qatılıb.

Baş nazir Əli Əsədov da dəfndə iştirak edib.

Mərasimi pandemiya səbəbindən məhdud çərçivədə keçirilib.

Qeyd edək ki, bir müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın