19:20 22 Fevral 2021 147
Ana səhifə Xəbərlər

AY Partiya başqanı Türkiyəyə səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Türkiyə Cümhuriyyətinə səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib.

APA TV-nin xəbərinə görə, mətbuat konfransında bir sıra media orqanlarını təmsil edən jurnalistlərin sualları cavablandırılıb.

Səfərlə bağlı ətraflı məlumat verən partiya rəhbəri Ankara Bələdiyyəsi, Şəhər Şurası və Ticarət Palatasında keçirdiyi görüşlərdən, müxtəlif QHT və həmkarlar ittifaqlarının rəhbərləri ilə müzakirələrdən söhbət açıb.

Mətbuat konfransında partiya rəhbərliyinə daxil olan şəxslər də iştirak ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın