21:20 21 Oktyabr 2019 49
Ana səhifə Xəbərlər

Avtomobilin vurduğu velosipedçi su kanalına düşərək boğuldu - AĞDAŞDA

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb.

Rayon sakini Ruslan Ağabala oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Yuxarı Şirvan kanalının kənarındakı yolda hərəkətdə olarkən velosipedlə qəflətən onun qarşısına çıxan Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub. Zərbənin təsirindən Əlibala Məmmədov velosipedi ilə birgə yoldan çıxaraq kanala düşüb. Köməksiz vəziyyətdə qalan Ə.Məmmədov üzməyi bacarmadığı üçün kanaldan çıxa bilməyib və suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın