06:40 05 Aprel 2020 188
Ana səhifə Xəbərlər

Avtomobil idarəetmədən çıxdı, transformatora çırpıldı - AĞSTAFADA

Ağstafa rayonunda yol qəzası baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb. Hərəkətdə olan, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarəndakı transformatora çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da transformatora və avtomobilə ciddi ziyan dəyib. Həmçinin ərazidə elektrik enerjisi kəsilib, sözü gedən küçənin evləri işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın