17:20 28 Fevral 2020 179
Ana səhifə Xəbərlər

Avropa Komissiyası: Cənub Qaz Dəhlizi genişləndirilə bilər

Bu ilin sonunadək Trans-Adriatik (TAP) qaz kəmərinin tikintisi başa çatacaq.

APA TV-nin məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən mətbuat konfransında çıxış edərkən deyib. Bildirib ki, hazırda kəmərin tikintisi üzrə işlərin 92%-i başa çatıb.

Nazir bildirib ki, Azərbaycanda Cənub Qaz Dəhlizinin ikinci fazası üçün də yetərincə qaz olacaq. Onun sözlərinə görə, ilk mərhələdə Cənub Qaz Dəhlizi ilə 16 mlrd. kubmetr qaz nəql olunacaq: Konfransda çıxış edən Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardtdeyib ki, ikinci mərhələdə Cənub Qaz Dəhlizinin ötürmə gücü 30 mlrd. kubmetrə qədər genişləndirilə bilər. İlk mərhələdə İtaliyaya 10 mlrd. kubmetr daxil olacaq.

Klaus-Dieter Borxardt qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsinin iki dəfə artırılması məsələsi artıq razılaşdırılıb. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi gündəmdədir və buna baxılır.

İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde Cənub Qaz Dəhlizi layihəsinə başlayandan sonra aparılan iş artıq tamamlanmaq üzrə olduğunu vurğulayıb.

Qeyd edib ki, İtaliyanın mövqeyi Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyindən ibarətdir. Bundan əlavə nazir müavini Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlığın çox gözəl gələcəyinin olduğunu və Prezident İlham Əliyevin səfəri əsnasında iki ölkənin müvafiq nazirləri tərəfindən energetika sahəsində Anlaşma Memorandumu imzalandığını diqqətə çatdırıb.

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın