17:43 30 May 2020 1168
Ana səhifə Xəbərlər

Atası ilə birləşib bacısını döyürdü – HADİSƏ YERİNƏ GƏLƏN POLİSİ BIÇAQLADI

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, belə ki, rayonun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərova polisə zəng edərək atası və qardaşı tərəfindən döyüldüyünü, həyatının təhlükədə olduğunu bildirib.

Hadisə yerinə gələn əməliyyat qrupu qadını qardaşının əlindən almaq istəyərkən Elçin Cəfərov bıçaqla bacısına zərbə endirməyə cəhd edib. Bu zaman polis əməkdaşı Eşqin Məmmədov qadını qorumağa cəhd edib. Nəticədə o bıçaq xəsarəti alıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Elçin Cəfərov isə hadisə yerində olan digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın