17:35 21 Noyabr 2020 427
Ana səhifə Xəbərlər

Astarada evini tərk edən koronavirus daşıyıcısını polis geri qaytarıb

Astarada evdə müalicə almalı olan koronavirus daşıyıcısını polis başqa ünvanda aşkarlayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Şahağacı kənd sakini Vüqar Dadaşova Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi və yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, aşkar edilərək yaşadığı ünvana qaytarılıb. Vüqar Dadaşovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər insanların həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın