13:40 13 Yanvar 2021 49
Ana səhifə Xəbərlər

Astara polisi narkotik vasitə və saxta pulları dövriyyədən çıxarıb

Astara polisi narkotik vasitə və saxta pulları dövriyyədən çıxarıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan İbrahimov və Sədi Məmmədov saxlanılıb. Onların hər ikisinin üzərindən heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onlara narkotik vasitəni satan şəxsin Astara şəhər sakini İmran Məmmədov olduğu müəyyən edilib və o, saxta 100 ABŞ dollarını satarkən saxlanılıb.

İmran Məmmədovun üzərindən və yaşadığı evdən ümumilikdə 810 qram qurudulmuş marixuana, 74 qram metamfetamin, 13 ədəd 100 ABŞ dolları, 2 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, 20 ədəd 20 manatlıq saxta pul əsginasları və 1 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın