04:40 11 Sentyabr 2019 47
Ana səhifə Xəbərlər

AŞPA prezidenti Bakıdadır

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskie Şəhidlər Xiyabanını ziyarət edib.

APA TV-nin məlumatına görə, AŞPA prezidenti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.

Qeyd edək ki, AŞPA prezidenti Lilian Mauri Paskie bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər proqramında onun Prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

O, parlamentin Ailə, Qadın və Uşaq məsələləri ilə Dövlət Komitəsi və İntizam Komissiyasının üzvləri ilə də fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcək.

Sentyabrın 11-də AŞPA prezidenti Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın