09:20 09 Sentyabr 2019 33
Ana səhifə Xəbərlər

Aramsız yağışlar Gorançayın daşmasına səbəb olub

Aramsız yağışlar Goranboyda Gorançayın daşmasına səbəb olub.

APA TV-nin yerli bürosunun məlumatına görə, çayın rayon ərazisindən keçən hissəsində məcrasından çıxması sahil ərazilərdə bir sıra tikintilərə və obyektlərə ziyan vurub.

Xüsusilə də Goran qəsəbəsi ərazisində sel suları kənd və arıçılıq təsərrüfatlarına, maşın təmiri sexinə və ticarət obyektlərinə ciddi ziyan vurub. Bundan başqa, sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb, qəsəbə ərazisində elektrik enerjisinin verilişində fasilələr yaradıb.

Sel sularından ən çox əziyyət çəkən şəxslərdən biri fermer İsmət Nəbiyevdir. Onun fermasını su altında qalıb. Nəticədə 10 tona qədər arpa, 25 yeşik arı və çoxlu sayda ev quşu lilli suların altında qalıb.

Goran qəsəbəsində yerləşən avtomobil təmiri sexi də seldən zərər çəkib. Sexdə çalışan usta Çingiz Xəlilov sel sularının təkcə onların sexinə deyil, digər obyektlərə və ümumən nəqliyyatın hərəkətinə ciddi problemlər yaratdığını deyir.

Oxşar vəziyyət rayonun digər ərazilərində də qeydə alınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın