16:40 18 Noyabr 2019 55
Ana səhifə Xəbərlər

Anasına boynunun ağrıdığını deyən uşaq öldü - NEFTÇALADA MÜƏMMA

Neftçalada 12 yaşlı uşaq naməlum səbəbdən ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 17-də Neftçala rayon sakini, 2007-ci il təvəllüdlü Həsən Azər oğlu Abdullazadənin yaşadığı M.Ə.Sabir küçəsində yerləşən evdə qəfildən halı pisləşib.

Uşaq anasına boynunun arxasında kəskin ağrıların olduğunu bildirib. O, Neftçala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bir müddət sonra isə keçinib.

Meyit müayinə olunmaq üçün morqa verilib. Ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq.

Araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın