02:40 23 Oktyabr 2019 41
Ana səhifə Xəbərlər

Anar Cəbrayıllı: “Badamdardakı sürüşmə zonasında xətlər çəkilir”

“Azərbaycan hökuməti qərar verib ki, bu ərazidə həm su, həm də kanalizasiya xətləri çəkilsin”.

Bunu APA TV-ə müsahibəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov deyib. O bildirib ki, hazırda Səbail rayonu, Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində bu işlər görülür. “3-cü massivin bütövlükdə həm su, həm də kanalizasiya xətlərinin şəbəkələrinin yenidənqurması nəzərdə tutulur. Bu məqsədlə 11 kilometr su xətlərinin çəkilişi, eyni zamanda əsas daşıyıcı kollektor da daxil olmaqla 23 kilometr kanalizasiya şəbəkəsi və kollektorun tikilişi nəzərdə tutulur”.

Görülən işlərdən sonra Badamdar qəsəbəsindəki su şəbəkəsinin uzunluğu 45, kanalizasiya şəbəkəsinin uzunluğu isə 28 kilometrə çatdırılıb. Layihə nəticəsində 30 minədək sakin faydalana biləcək. “Artıq işlərə oktyabrın 2-ci ongünlüyündən başlanılıb. planımızda var ki 2020-ci ilin birinci yarısında işləri tam yekunlaşdıraq. Bununla da bu ərazidə yayılan tullantı sularının hamısı Bayıl-Bibiheybət-Badamdar kanalizasiya kollektoruna axıdılaraq ərazidən kənarlaşdırılacaq”.

Qeyd edək ki, bu layihə 2016-2018-ci illərdə Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində icra olunmağa başlayıb və layihəyə indiyə qədər 13 milyon manat maliyyə ayrılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın