19:52 07 Aprel 2021 241
Ana səhifə Xəbərlər

Aleksandr Şarovski: "Ağdamı görəndə mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam"

“Bu, böyük qələbədir, xalqımız 44 gün içində qalib gəldi, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bizdə sabahkı günə ümid yaratdı və budur, bu gün biz qalib xalqıq”.

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski deyib.

İşğaldan azad edilmiş ərazilərə səfər təşkil etdiyi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təşəkkürünü bildirən A.Şarovski müharibədən əvvəl bir neçə dəfə Ağdamda olduğunu xatırladıb: “Lakin bu dəfə Ağdama gələndə tamam ayrı mənzərə ilə qarşılaşdım. Mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam. Elə bil dejavü görürdüm. Yol boyu hər 10-20 metrdən bir minaaxtaranlar dayanıb və bizim müqəddəs torpaqlarımızda mina axtarırlar. Evlər dağılıb, o güllü-çiçəkli Ağdamdan heç nə qalmayıb. Sözün düzü, səfərimizin əvvəlində əhvalımız çox yüksək idi. Lakin mən bu mənzərəni görəndən sonra üzümdən təbəssüm çəkildi. Bu, sadəcə dəhşətdir! Görün, erməni faşistləri bizim torpaqlarımızı nə kökə salıblar! Bu, nağıl deyil, gerçəklikdir”.

İcma rəhbəri işğaldan azad olunmuş torpaqların yenidən bərpa ediləcəyinə əmin olduğu vurğulayıb: “Əgər bizim dövlətimiz və prezidentimiz Vətən müharibəsində zəfər qazana biliblərsə, deməli, evlərimiz də, məktəblər də, xəstəxanalar da yenidən bərpa ediləcək. Yeganə bərpa edilməsi çətin olan müharibədə öz yaxınlarını itirənlərin qəlbindəki ağrılarıdır. Bütün gün dualar etdiyimizi nəzərə alaraq, mən torpaqlarımızı işğal edənləri lənətləmək istəyirəm və bizim torpaqlarımızı məhv edənlərə lənət olsun deyirəm”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın