01:06 07 İyul 2020 836
Ana səhifə Xəbərlər

Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edilib

Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.

Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər polis şöbəsinə dəvət edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb. Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın