02:00 14 Oktyabr 2019 57
Ana səhifə Xəbərlər

Ağstafada qəribə hadisə: ev daş-qalaq olunur

Ağstafa sakininin evi daş-qalaq olunur.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qıraq Kəsəmən kəndində Nazim Gülümcanova məxsus evdə baş verir.

Ev sahibi deyir ki, hava qaralan kimi evə qəfil daş yağışı başlayır. Daş əsasən evin həyətinə, eyni zamanda çardağa atılır. Hətta bir neçə dəfə həyətin giriş qapısı olan dəmir qapı da daşla əzilib.

Maraqlısı budur ki, gözə görünməyən bu varlıq nəinki ev sahibini, həm də kənd sakinlərini vahiməyə salıb. Baş verən hadisəni Ağstafa polisi araşdırır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın