15:20 22 Fevral 2020 473
Ana səhifə Xəbərlər

Ağdaşda heroin alverçiləri tutulub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.


APA Tv-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 40 yaşlı Teymur Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd kiçik sellofan bükümdə satış məqsədilə saxladığı 1,3 qram narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə T.Əzizovun yaşadığı evə də baxış keçirilib. Oradan ümumilikdə 15 ədəd sellofan və kağız bükümlərdə heroin və qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Anar Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə heroin aşkar edilib.


Faktlarla bağlı araşdırma aparılır.


Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın