14:40 25 Mart 2020 122
Ana səhifə Xəbərlər

Ağdamın küçə və prospektləri dezinfeksiya edilib

Ağdam rayonunun küçə və prospektləri dezinfeksiya edilib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, dezinfeksiya işləri Hindarx-Borsunlu yolunun rayon ərazisindən keçən hissəsində aparılıb.

Əhalinin sıx məskunlaşdığı Quzanlı qəsəbəsində Heydər Əliyev prospekti və qəsəbədaxili küçələr dərmanlanıb.

Rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə də küçələr virus əleyhinə məhlullarla yuyulub. Ağdam rayon Gigiyena və Epidemiologiya şöbəsinin müdiri Rəhman Məmmədov deyir ki, tərəfindən tərtib edilən qrafik əsasında rayonun cəbhəyanı yaşayış məntəqələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Profilaktik tədbirlər iaşə obyektləri və insanların daha sıx toplaşdığı ərazilərdə, eləcə də səhiyyə idarələrində həyata keçirilir: “Koronavirus infeksiyasına qarşı dezinfeksiya tədbirlərinə başlamışıq. Məktəblər, uşaq bağçaları, idarə və müəssisələrin hamısı dərmanlanıb. Bu gün isə qəsəbənin küçə və meydanlarında dezinfeksiya tədbirləri aparılır. Küçələr yuyulur, bizim əməkdaşlar da mərkəzi küçədə ticarət obyektlərinin qarşısında dezinfeksiya işləri aparır. Bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək”.

Rayonda tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə yaradılan briqadaların sayı artırılıb. Bayram və qeyri-iş günlərində də dezinfeksiya işləri aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın