08:40 07 Noyabr 2019 97
Ana səhifə Xəbərlər

Ağdamda “Bayraq yürüşü” keçirildi

Dövlət Bayrağı Günü münasibətilə Ağdamda “Bayraq yürüşü” keçirilib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Təhsil və Müdafiə nazirlikləri, eyni zamanda Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.

Quzanlı qəsəbəsindən 5000 nəfərədək yürüş iştirakçısı İmamqulubəyli kəndinədək piyada hərəkət edib. Yürüş iştirakçıları Ağdama, Şuşaya yürüş edəcəyi günün arzusunda olduğunu deyir.

Tədbirdə “Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət komandası da iştirak edib. Keçmiş döyüşçülər yürüşdə qürurla addımlayıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın