15:02 13 Yanvar 2021 46
Ana səhifə Xəbərlər

Abşeronda narkotik satan şəxslər tutuldu

Abşeronda narkotik satan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Məhəmmədi kənd sakini Nəriman Rəhimovun yaşadığı evə baxış keçiriblər. Bu zaman oradan 6 kiloqrama yaxın heroin, 2,3 kiloqramdan artıq metamfetamin və 2,3 kiloqram qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Nəriman Rəhimov həmin narkotik vasitəni yaşadığı ünvana, paytaxt sakini olan tanışı Ceyhun Mürsəliyevlə birlikdə gətirib.

Saxlanılan şəxslər iz itirmək məqsədilə icarəyə avtomobil də götürüblər.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın