10:00 21 Yanvar 2020 3835
Ana səhifə Xəbərlər

® 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Əli Nəbiyev seçicilərə müraciət etdi

“Abşeronun gücünü sübut edək” şüarı ilə başladığımız yolda əsas məqsədimiz seçicilərimizin etimadını qazanmaq və onların problemlərini həll etməkdir. Bu səbəbdən bildirmək istərdim ki. keçiriləcək seçkilər tam fərqli olacaq”.

Bu sözləri cari il fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Əli Nəbiyev deyib.

Bildirib ki, Abşeron rayon sakinlərini narahat edən problemləri aidiyyəti qurumlar qarşısında qaldıraraq, onların həll olunmasında addımlar atacaq: “Abşeron rayonunda olan problemlərlə yaxından tanışam. Çünki mən də buranın sakiniyəm. Mütəmadi olaraq rastlaşdığım problemlərin həlli üçün aidiyyəti qurumlarda sizin səsiniz olmaq istəyirəm. Problemlərdən danışsaq, bu gün Abşeron rayonunda qeydiyyata düşməkdə çətinlik çətən kifayət qədər sakinlər mövcuddur. Belə ki, 47 mindən çox sakinin qeydiyyatda olmasına baxmayaraq, hazırda 300 mindən artıq vətəndaş yaşayır və qeydiyyata düşməkdə çətinlik çəkir”.

Deputatlığa namizədin sözlərinə görə, Abşeron rayonunda elektrik enerjisinin verilməsində müəyyən müddətdə fasilələr yaranır. Bu da mövcud olan yarımstansiyaların əhalinin sayı nisbətinə düzgün bölünməməsindən irəli gəlir: “Təbii ki, cənab prezident İlham Əliyevin göstərişi əsasında aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür, amma bu işdə ləngimələr müşahidə olunur. Abşeron rayonunda sakinlərin ünvana çatdırılmasını həyata keçirən nəqliyyat vasitələrinə, yəni avtobuslara ehtiyac duyulur. Çünki hazırda əhalinin sayına görə ayrılmış avtobuslar çox azdır”.

Namizəd rayonda olan problemlərdən birinin də yollarla bağlı olduğunu qeyd edib. O, həmçinin millət vəkili seçilərsə, Azərbaycanın apardığı beynəlxalq siyasətə öz töhfəsini verəcəyini, o cümlədən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda fəallıq göstərəcəyini vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın