20:40 05 Aprel 2020 219
Ana səhifə Xəbərlər

25 yaşlı gənc oğlan bıçaqlandı, xəstəxanaya yerləşdirildi - POLİS SƏBƏBİNİ ARAŞDIRIR

Qazaxda 25 yaşlı gənc oğlan naməlum şəraitdə bıçaqlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Əsgər Tağıyev qarın nahiyəsindən bıçaq xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyat olunub. Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi Qazax Rayon Polis şöbəsi tərəfindən araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın