12:40 10 Oktyabr 2019 42
Ana səhifə Xəbərlər

18 yaşlı qız döyülərək öldürüldü – BEYLƏQANDA

Beyləqanda 18 yaşlı Quliyeva Aygün Mehman qızı döyülərək yolun kənarına atılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülən Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Aygün Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.

Məhkəmə-yibbi ekspertiza tərəfindən müayinə olunduqdan sonra Aygün Quliyevanın meyiti ailəsinə təhvil verilib. Mərhumun bacısı Gülnar Quliyevanın sözlərinə görə, bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib və çox ləngimədən evdən çıxıb.

Gülnar Quliyeva onu da bildirir ki, ailənin maddi imkanı zəif olduğundan, bacısının meyitini günün ikinci yarısınadək xəstəxanadan çıxarda bilməyiblər. Kənd sakinlərinin müdaxiləsindən sonra mərhumu dəfn ediblər.

Gülnarın dediklərini qonşuları da təsdiqləyir. Qızların ataları və qardaşları ətraf rayonlarda çobanlıq edir. Evdə yaşayan isə yaşlı ana və müəmmalı şəkildə həyatını itirən Aygünlə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın