07:20 20 Fevral 2020 151
Ana səhifə Xəbərlər

160-dan artıq sürücü cərimələndi – GƏNCƏDƏ REYD KEÇİRİLDİ

Gəncədə keçirilən reyd zamanı 160-dan artıq sürücü cərimələnib.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd Heydər Əliyev, Şah İsmayıl Xətai, Əziz Əliyev, Üzeyir Hacıbəyov prospektlərində, eləcə də Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsində və avtomobillərin sıx olduğu digər yerlərdə baş tutub.

Aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını pozan xeyli sürücü aşkarlanaraq inzibati qaydada cərimələnib.

Dövlət Yol Polisi şöbəsinin baş inspektoru Hacı Həsənovdeyir ki, reydin keçirilməsində məqsəd qayda pozan sürücüləri aşkar edərək baş verə biləcək qəzaların qarşısını almaqdır.

Reyd zamanı həmçinin avtomobillərdə əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön və arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb. Həmin sürücülər məsuliyyətdən yayınmağa çalışsalar da bu mümkün olmayıb.

Həmçinin yoxlamalar zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.Reyd zamanı ümumilikdə 160-dan artıq sürücü cərimələnib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın