16:02 25 Sentyabr 2020 498
Ana səhifə Xəbərlər

101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı - 2 NƏFƏR ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39787 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.

Ölkədə son sutka ərzində 6705, hazırkı dövrədək isə 1087578 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın