12:40 02 May 2018 731
Ana səhifə Xəbərlər

100 yaşlı gənc Cümhuriyyət fotosənədlərdə - SƏRGİDƏN REPORTAJ

Azərbaycan Diplomatik Akademiyasında Dilqəm Əhmədin kolleksiyasındakı tarixi sənədlərin sərgisi keçirilib.

APA TV-nin xəbərinə görə, Dilqəm Əhməd təxminən 4 ildir Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı materialları toplayır. Onun topladığı tarixi sənədlər, fotolar, məktublar, kitab və başqa materiallar əsasən Türkiyənin İstanbul şəhərindən əldə edilib: “İstanbul Azərbaycan siyasi mühacirətinin ən çox axın etdiyi şəhər idi. Çünki İstanbul o vaxt dünyanın əsas siyasi mərkəzlərindən idi. Ona görə bizim liderlər başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyli, Məhəmməd Sadıq Aran, hamısı İstanbul şəhərində yaşayıblar. Buna görə də burada arxiv materiallarının bol olması mütləq idi”.

Gerbin təsvirində abxaz əsilli rəssam Aleksandr Şirvaşidzenin layihəsi qəbul edilib. Təəssüf ki, gerbimiz cümhuriyyət dövründə qəbul edilə bilmir. İşğal faktoru mane olur: "Gerbimizi ilk dəfə Məhəmməd Əmin Rəsulzadə 1928-29-cu illərdə İstanbulda çap etdirdiyi "Odlu Yurd" jurnalının üz qabığında yayımladı, poçt açıqcası çap etdirdi. Gerbin orijinalını xoş təsadüf nəticəsində əldə etdik".

Dilqəm Əhmədin kolleksiyasında Əlimərdan bəy Topçubaşovun orijinal bir fotosu var: "Foto Bakıda çəkilib. Əlimərdan bəyi Parisə kiçik vəzifə ilə göndərmək olmazdı. Ona görə də onu parlamentin sədri təyin edirlər. O Parisə yola düşür və burada Azərbaycanın müstəqilliyinin qalib dövlətlər - müttəfiqlər tərəfindən tanınmasına nail olur.

Paris sülh heyətinin üzvlərindən biri Miryaqub Mirmehdiyev 1929-cu ildə bu fotonu Rəsulzadəyə imzalı olaraq göndərib.

Dövlətin rəsmi qəzeti "Azərbaycan" qəzetinin redaksiya heyətidir. Qəzet Azərbaycan (türk) və rus dillərində çap olunurdu. Türk dilində versiyasının redaktoru Üzeyir bəy idi, rus dilinin redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. Hər iki şəxsi fotoşəkildə görə bilərsiniz.

Büdcədən 100 min manat vəsait ayrılır. Eləcə də mayın 26-da ikinci qərar verilir. Bu qərar Cümhuriyyətin yarandığı gün qeyri-iş günü olur, bayram günü kimi qeyd olunur. Hərbi paraddan bir fotoşəkildir. Şəhər bəzənmişdi, avtomobillərin üzərinə Azərbaycan bayrağı asılmışdı, baş nazir Nəsib bəy Yusifbəylinin Azərbaycan qəzetində xalqa müraciəti çap olunmuşdu.

Bu, Rəsulzadənin Finlandiyada ilk daxil olduğu Hüvinkəə adlı şəhərdir. O şəhərdə onu tatar mücahidləri qarşılayıblar. Həmin şəhərdə xatirə olaraq çəkilmiş fotoşəkildir.

Məktublarında Rəsulzadə sağlamlığı ilə bağlı dostlarını məlumatlandırır”.

Dilqəm Əhmədin İstanbulda gördüyüm işlərdən biri də mühacir övladları ilə görüşmək idi: “Onlardan biri Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımdır. İki dövlət arasındakı münasibətlərdə oynadığı rola görə, bu yaxınlarda ona prezidentimiz tərəfindən "Dostluq" ordeni verildi.

İnsanlar arxiv materiallarını öz gözləri ilə gördükdən sonra onlarda Azərbaycan Cümhuriyyətinin tarixinə, mühacirətimizin tədqiq edilməsinə böyük maraq yaranır. Mən sərgilərdən sonra sual atəşinə məruz qalıram. Fikir vermisinizsə, gənclər daha çox gəlir. Bu amil Cümhuriyyətin 100 yaşı olsa da, Cümhuriyyətimizin nə qədər gənc olmasını göstərir”.

Müəllif | Apa.Tv

Elvin Bayramlı

Kodu kopyalayın