Ziya Bünyadov prospektində yenidən sarı zolaqlar çəkilib
Paytaxtın Ziya Bünyadov prospekti ötən gecə bağlanıb.
APA TV xəbər verir ki, keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar yollara yenidən sarı zolaqlar çəkilir.
Bu işlər əsasən gecə saatlarında aparılacaq. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev APA-nın müxbirinə verdiyi müsahibədə bildirib ki, bu zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.
İlk “Sarı zolağın” çəkilişinə bu axşam saat 00:00 da Ziya Bünyadov prospektində başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qoyulub. Müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq edilib. Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub.
Qeyd edək ki, sarı zolaqlar ümumilikdə 12 küçə və prospektdə çəkiləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."