Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.
"Chevrolet Camaro" markalı avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman "Kia Sportage" markalı minik maşını ilə toqquşub, daha sonra səkiyə çırpılıb. Hadisə zamanı "Hyundai Elantra" markalı avtomobilə də yüngül ziyan dəyib.
Hadisə yerində olan əməkdaşımız qəzaya uğrayan avtomobilin sərnişininə qəzanın necə baş verdiyini soruşduqda onun cavabı fərqli oldu
Avtoqəzadan sonra prospektdə uzun tıxac yaranıb.
Yol qəzasının təfərrüatları araşdırılır. İlkin olaraq qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
19:48
531
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
527
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
506
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
320
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
317
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
326