Zərdabda oğru dəstəsi ələ keçdi - ƏMƏLİYYATLA
Zərdab rayonunda silsilə oğurluqlar edən dəstə ifşa olunub.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, 3 nəfər rayon sakini əsasən mağazaları qarət edib.
Bir neçə şəxs obyektindən oğurluq edildiyi barədə polisə xəbər verib: "Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin Zərdab rayonu Əlibəyli kənd sakinləri - Yalçın Qasımzadə, Elmaz Hüseynov və Ələddin İsazadə tərəfindən törədildiyi müəyyən edilib”.
Mağazalardan əsasən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin oxşar əməllər törətdiyi istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
17:47
548
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
441
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
442
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
820
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
784
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
804