Zərbə qızı yolu keçən digər şagirdə çırpdı - GƏNCƏDƏ YOL QƏZASI
Gəncədə piyada vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Şəhər sakini Cəlal Mehdiyev “Opel” markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. Zərbə S.Nəbiyevanı bir neçə metr kənara tullayıb və o, yolu keçən digər piyada, həmyaşıdı Vüsalə Usufovaya çırpılıb.
Qızlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hər iki məktəbli dərsdən evə qayıdırmış. Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:09
844
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
854
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
854
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
17:47
1731
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1559
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1570