Zəngilan necə azad olundu-döyüşün taleyini dəyişən “Üç nöqtə” əməliyyatı
Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Erməni işğalından azad edildiyi gündür.
2020-ci ilin 20 oktyabrında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.
Həmin gün Ali Baş Komandan Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunan yaşayış məntəqələrinin də adlarını açıqladı. Bildirdi ki, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Həmin vaxt Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan biri də “3 nöqtə” əməliyyatıdır.
Oktyabrın 19-da havadan ərazinin kəşfiyyatı aparılıb, Ermənistan ordusu haqqında məlumatlar, ermənilərin yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri məlumatları dəqiqləşdirilərək müvafiq tapşırıqlar verilib. Məhz bundan sonra Dövlət Sərhəd Xidmətinin igid hərbçiləri gecə saatlarında kiçik çevik qruplarla sızma əməliyyatı reallaşdıraraq ermənilərə sarsıdıcı zərbələr endirib.
Sərrast artilleriyaçılarımız tərəfindən ermənilərin texnikası məhv edilib. Zərbə endirici pilotsuz uçuş aparatları isə ermənilərin dərinliklərdə yerləşdirdiyi artilleriya qurğularını sıradan çıxarıb.
3 nöqtə əməliyyatı ilə Azərbaycanın İran İslam Respublikası və Ermənistanla olan dövlət sərhədi 27 ildən sonra bərpa olundu.
Habil Aslanoğlu, Ziya İsmayılov,APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə