“Zəlzələnin nəticələrini görmək çox ağırdır” - Ceyhun Bayramov
Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü.
bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlaması zamanı deyib. Nazir qeyd edib ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağrılı nəticələri hər birimizi sarsıdıb.
“Elə bir şəxs yoxdur ki, bu faciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. Azərbaycan bütün imkanları ilə çalışdı ki, bu məsələ ən qısa zamanda həllini tapsın. Zəlzələdən sonra o bölgələrə getdim. Zəlzələnin nəticələrini görmək çox ağırdır. Bütün bu faciəyə baxmayaraq, həmin insanların nə qədər güclü və sağlam mənəviyyata sahib olduqlarının şahidi olduq”, - nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib