Zəlzələdə ölən azərbaycanlıların adı açıqlandı – APA TV
Türkiyənin vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən bildirilib. Yeraltı təkanlar qeydə alınan gündən indiyədək ümumilikdə 395 nəfər 9 avtobusla Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Qaziantep və Adanadan çıxacaq avtobuslarla Azərbaycan vətəndaşlarının növbəti mərhələdə təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib