Zelenskidən qəfil Baxmut səfəri: Hərbçilər bunu gözləmirdi
Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Baxmuta gedib.
Yerli mətbuatın məlumatına görə, Zelenski ukraynalı döyüşçülərlə görüşüb və Baxmutun müdafiəçilərini mükafatlandırıb.
Həmçinin, Zelenski Baxmut istiqamətində qabaqcıl mövqelərə baş çəkib.
Ukrayna Prezidenti cəbhənin bu istiqamətində döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib, hərbçilərlə söhbət edib və Ukraynanı qoruduqlarına görə onlara təşəkkür edib.
Bu arada, Rusiyanın Cənub Qoşun Qruplaşması Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 300-dən çox hərbçisini məhv etdiyini bildirib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki,
aktiv əməliyyatları zamanı son sutka ərzində 300-dən çox ukraynalı hərbçi, 3 zirehli döyüş maşını, 3 “Akatsiya” özüyeriyən artilleriya qurğusu, həmçinin D-20 haubitsası məhv edilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib