Zelenski Sülh Mükafatına namizəd oldu
Keçmiş və indiki avropalı siyasətçilər ukraynalıların və Ukrayna prezidenti Vladimir Zelenskinin namizədliyini Nobel Sülh Mükafatına irəli sürüblər.
APA TV-nin Vesti.az-a istinadən verdiyi xəbərə görə, bu barədə mükafat komitəsinin saytındakı müraciətdə deyilir.
Siyasətçilər “tarixi və görünməmiş hadisələr fonunda” Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi müddətini bu il martın 31-dək uzatmağın zəruriliyini elan ediblər.
"Bu, prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyini təmin etmək üçün lazımdır", - deyə təşəbbüs müəllifləri vurğulayıblar.
Müraciətin mətnində deyilir ki, dünya Ukraynadakı müharibədən şoka düşüb.
"Milyonlarla ailə qorxu içində yaşayır, onların evləri bombardmanlar və işğalçı ordu tərəfindən təhdid edilir. Biz Rusiya Federasiyası ilə müharibəyə qarşı çıxan Ukrayna xalqının cəsarətinin şahidiyik", - deyə təşkilatçılar bildirib.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir