Zelenski səfirləri işdən çıxardı: “Boş yerə vaxt keçirirlər”
Ukrayna Prezidenti Volodimir Zelenski Mərakeş və Gürcüstandakı səfirlərini geri çağıraraq vəzifədən çıxarıb.
APA TV xəbər verir ki, dövlət başçısı onları Rusiyaya qarşı təsirli diplomatik uğur qazana bilmədiklərinə görə işdən çıxarıb.
Zelenski həmin şəxslərin boş yerə vaxt keçirdiklərini bildirib:
“Ölkənin müdafiəsi və gələcəyini əldə edə bilməsi üçün çalışan insanlar var. Belə vəzifə sahiblərinə həmişə hörmət edirik. Bir də vəzifədə qala bilmək üçün boş yerə vaxt keçirənlər var. Əgər ölkələri Rusiyaya qarşı sanksiya tətbiq eləməyə inandıra bilmirsinizsə, özünüzə başqa iş axtarın”, - deyə Zelenski bildirib.
O həmçinin Latın Amerikası, Yaxın Şərq, Cənub-Qərbi Asiya və Afrika ölkələrində işləyən təmsilçilərindən nəticə gözlədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir