Zelenski: "Qərb Ukraynanı əlverişli şərtlərlə Rusiya ilə sülh bağlamağa sövq edir"
Qərb ölkələri Ukraynanı Rusiya üçün əlverişli şərtlərlə sülh bağlamağa sövq edir.
APA “Ukrainska Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O bildirib ki, Kiyev müzakirələrə dəvət olunmadığı üçün bu barədə tam məlumatlı deyil.
“Hər kəs həqiqətən də bizi hansısa nəticəyə gəlmək üçün mümkün qədər nəyəsə sövq etmək istəyir. Bu bizim üçün heç də arzuolunan deyil, çünki bizdən hələ heç bir şey soruşulmayıb. Lakin öz maraqları olan müəyyən tərəflər üçün faydalıdır”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bəzi partiyalar maddi, digərləri isə siyasi qazanc axtarır.
Zelenski qeyd edib ki, dünya Ukraynadakı müharibədən bezib, ona görə də insanlar müəyyən nəticə istəyirlər.
“Bizə nəticə lazımdır. Ancaq mən bu müharibənin bizim üçün müsbət həlli istiqamətində heç bir razılaşma əldə etməmişəm”,- deyə Zelenski bildirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi