“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur – ŞƏRHSİZ
Zəfər günü ilə əlaqədar Dənizkənarı bulvar ərazisində keçirilən “Zəfər yarmarka”sında Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir.
APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.
Yarmarkada Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin “Əsgərə məktub” layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər yarmarkaya təşrif buyuran vətəndaşlara paylanılacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu